Rusiyada səfərbərlik elan olundu?
Dünya
09.08.2024 16:02
Sosial şəbəkələrdə Kursk bölgəsində gedən qarşıdurmalarla əlaqədar Rusiyanın tezliklə yeni səfərbərlik elan edə biləcəyi ilə bağlı şayiələr yayılmağa başlayıb.
TodayPress xəbər verir ki, bu barədə “Lenta.ru” məlumat yayıb.
Bildirilib ki, internetdə yayılan “Dövlət Dumasında Kursk vilayətinə hücumdan sonra səfərbərlikdən danışmağa başladılar”, “Rusiyada səfərbərliyə çağırırlar” kimi xəbərlərin heç bir əsası yoxdur, bunlar həqiqəti əks etdirmir.
Dövlət Dumasının Müdafiə komitəsinin sədr müavini, istefada olan general-polkovnik, “Vahid Rusiya” fraksiyasının üzvü Viktor Zavarzin iddialara cavab olaraq bildirib ki, hazırda orduda 700 minə yaxın müqaviləli əsgər var. Ona görə də səfərbərliyə ehtiyac yoxdur.
Nəşr əlavə edib ki, nə Rusiya prezidenti Vladimir Putin, nə də Rusiyanın müdafiə naziri Andrey Belousov yeni səfərbərlik elan etməyiblər.
Töhfə Səməd
tag: Kursk, Rusiya, Dövlət Duması,Viktor Zavarzin,Vahid Rusiya, todaypress.az,