Rusiyada satılan erməni konyaklarının 90%-i təhlükəlidir - ARAŞDIRMA

Dünya

20.08.2024 15:55

Rusiya mağazalarında satılan erməni konyaklarının təxminən 90%-nin istehlak üçün təhlükəli olduğu ortaya çıxıb. Eyni zamanda məhsulların demək olar ki, yarısından çoxunda üzüm yox, başqa maddələr aşkar edilib.

TodayPress “TASS”a istinadən xəbər verir ki, bu barədə “Saxtakarlığa qarşı mübarizə” Beynəlxalq Assosiasiyası və Konyak, Spirtli içkilər və Alkoqollu Məhsullar İstehsalçıları İttifaqının birgə araşdırmasında deyilir.

Tədqiqat üçün Ermənistanın 10 ən böyük istehsalçısından 20-dən çox brendin 200 konyak nümunəsinin alındığı bildirilib. Müəyyən edilib ki, onların yarısında spirtli içki istehsalı üçün yararsız məhsullardan istifadə edilib, 177 markanın istehsalında isə texniki göstəricilərə əməl olunmayıb.

Hər iki qurumun müştərək hazırladığı hesabatın nəticələri Rusiyanın Baş Prokurorluğuna və digər müvafiq qurumlara göndərilərək, onlardan Ermənistandan daxil olan spirtli içkilərə nəzarətin gücləndirilməsi tələb edilib.

Töhfə Səməd

tag: Rusiya, Ermənistan, Baş Prokurorluq,Tədqiqat, Spirtli İçkilər, todaypress.az,