Rusiyada raket təhlükəsi siqnalı elan edildi

Dünya

25.08.2024 05:04

Rusiyanın Kursk vilayətində yenidən raket təhlükəsi elan edilib.


TodayPress xəbər verir ki , bu barədə Aleksey Smirnov özünün Telegram kanalında məlumat verib.

 

“Evdəsinizsə, möhkəm divarları olan pəncərələri olmayan otaqlara sığınmalısınız. Dəhlizdə, hamamda, kilerdə gizlənin. Küçədəsinizsə, ən yaxın binaya və ya uyğun sığınacağa gedin” o qeyd edib.

 

Bundan əvvəl Moskva vaxtı ilə saat 22:23-də həyəcan siqnalı verilib.

 

Kursk vilayətində döyüşlər iki həftədən çoxdur ki, davam edir.


Aynur TAC

tag: Kursk, Rusiya, Ukrayna, Raket, Siqnal,todaypress.az,