Rusiyada qəza: 1 nəfər öldü, 17 nəfər yaralandı

Dünya

19.12.2024 03:23

769

 Rusiyanın Murmansk vilayətində qatarın toqquşması nəticəsində 1 nəfər ölüb, 17 nəfər yaralanıb.

TodayPress xəbər verir ki, bunu Rusiya səhiyyə nazirinin köməkçisi Aleksey Kuznetsov bildirib.

"Son məlumatlara görə, Murmansk vilayətində qatar qəzası nəticəsində 3-ü azyaşlı olmaqla 17 nəfər xəsarət alıb. 13 zərərçəkən artıq xəstəxanalara çatdırılıb və müayinələrdən keçirilir, daha 4 nəfər isə təcili tibbi yardım briqadaları tərəfindən xəstəxanalara aparılır” o vurğulayıb.

Rəsminin sözlərinə görə, zərərçəkmişlərdən üçünün vəziyyəti ağır, o cümlədən azyaşlıların vəziyyəti orta-ağır qiymətləndirilib.

Qeyd edək ki, Murmanskdan Sankt-Peterburqa gedən yük qatarı ilə sərnişin qatarı toqquşub. Rusiya Dəmir Yollarının məlumatına görə, sərnişin qatarının göyərtəsində 326 sərnişin olub. Qəza 15-i yük vaqonu olmaqla, 19 vaqonu relsdən çıxarıb.

Faktla bağlı təhlükəsizlik qaydalarının pozulması ilə bağlı cinayət işi açılıb.

Aynur TAC

tag: Rusiya, Ölüm, Qəza, Sankt- Peterburq, Yük Maşını, Qatar, todaypress.az,