Rusiyada qatarın yük maşını ilə toqquşması nəticəsində 9 vaqon relsdən çıxdı
Dünya
29.07.2024 21:00
Rusiyanın Volqoqrad vilayətində
sərnişin qatarının yük maşını ilə toqquşması nəticəsində qatarın 9 vaqonu relsdən
çıxıb.
TodayPress “TASS”-a istinadən
xəbər verir ki, ilkin məlumatlara görə, Volqoqrad vilayətində qəza nəticəsində
Kazan-Adler sərnişin qatarının 9 vaqonu relsdən çıxıb, bəziləri aşıb.
“Rusiya Dəmir Yolları” QSC-nin
məlumatına görə, yük maşınının sürücüsü dəmir yolu keçidinə çıxıb və qatarla
toqquşub.
"Kamaz" markalı yük
maşınının sürücüsü yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq hərəkətdə
olan qatarın qarşısından dəmir yolu keçidinə çıxıb.
İlkin məlumata görə hadisə nəticəsində 55 nəfərin xəstəxanaya yerləşdirildiyi bildirilir.
tag: Rusiya, Kazan-Adler, Dəmir yolu, Volqoqrad,todaypress.az,