Rusiyada polad istehsalı azaldı

Dünya

24.04.2025 04:52

8

2025-ci ilin mart ayında Rusiyada polad istehsalı illik müqayisədə 3,2% azalaraq 6,2 milyon  təşkil edib.

TodayPress xəbər verir ki, bu barədə Dünya Polad Assosiasiyasının (WSA) hesabatında açıqlanıb.

Bildirilib ki, cari ilin üç ayı ərzində ölkədə polad istehsalı 2,8% azalaraq 17,7 milyona düşüb.

2025-ci ilin mart ayında Çinin 92,8 milyon metrik ton hasil edəcəyi bildirilir ki, bu da illik müqayisədə 4,6% çoxdur.

Hindistan 13,8 milyon metrik ton (+7%) hasil edib. Yaponiyada polad istehsalı 0,2% artaraq 7,2 milyon  tona, ABŞ-də isə 1,5% azalaraq 6,7 milyon tona çatıb.

Aynur TAC


tag: Polad,Rusiya, Artım, İstehsal, Hindistan, Çin, todaypress.az,