Rusiyada pilotsuz təyyarə bir mülki şəxsi yaraladı
Dünya
20.08.2024 21:44
Belqorod vilayətinə "kamikadze" pilotsuz təyyarənin
hücumu nəticəsində bir mülki şəxs yaralanıb.
TodayPress xəbər veriri ki, bu barədə Rusiya vilayətinin
qubernatoru Vyaçeslav Qladkov özünün “Telegram” kanalında məlumat verib.
“Volokonovski rayonunun Tişanka kəndində iki kamikadze
pilotsuz təyyarənin hücumu nəticəsində bir nəfər yaralanıb. Sağ qolundan qəlpə
yarası alan zərərçəkmiş Volokonovskaya Mərkəzi Rayon Xəstəxanasına müraciət
edib” məlumatda bildirilib.
Onun sözlərinə görə, daha üç yaşayış məntəqəsinə hücum
edilib.
Aytac Müşfiq
tag: Rusiya, Ukrayna, Tişanka,Kamidadze, todaypress.az,