Rusiyada meşələr yanır

Dünya

04.08.2024 12:00

Rusiyanın Buryatiya regionunda iki yeni meşə yanmağa başlayıb.

TodayPress xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb.

Bildirilib ki, bölgədə ümumi sahəsi 7.5 min hektardan çox olan 16 yanğın zonası hazırda aktivdir.

Məlumata görə, yanğınların söndürülməsinə meşə mühafizəsi xidmətinin 160-dan çox əməkdaşı, habelə 12 ədəd texnika cəlb olunub.

Respublikada regional fövqəladə vəziyyət rejimi qüvvədədir.

Töhfə Səməd

 

tag: Rusiya,Meşə,Yanğın,FHN,Buryatiya,todaypress.az,