Rusiyada məktəblər distant təhsilə keçəcək

Dünya

22.08.2024 17:26

1414

“Sərhəd bölgələrindəki bəzi məktəblər distant təhsil formatına keçəcək, bölgəni tərk edən uşaqlar isə yerləşdikləri müəssisələrdə təhsil ala biləcəklər”.

TodayPress xəbər verir ki, bunu Rusiya baş nazirinin birinci müavini Denis Manturov deyib. 

Manturov vurğulayıb ki, Kurskdan başqa digər sərhədyanı rayonlarda da uşaqların təhsili məsələsi işlənib hazırlanacaq.

Töhfə Səməd

tag: Rusiya,Distant, Təhsil, Məktəb, Elm,todaypress.az,