Rusiyada koronavirusun XEC variantına ilk yoluxma qeydə alındı
Dünya
01.10.2024 13:10
Rusiyada koronavirusun XEC variantına ilk yoluxma qeydə alınıb.
TodayPress xəbər verir ki, bu barədə Rospotrebnadzorun "Telegram" kanalı məlumat yayıb.
Bildirilib ki, Rusiyada koronavirusun XEC variantına yoluxma ilə bağlı yeddi hal müəyyən edilib.
“Qurum rəsmiləri COVID-19-un yeni variantı - XEC ilə bağlı vəziyyəti izləməyə davam edir, bütün dövr ərzində cəmi yeddi hal aşkarlanıb” deyə Rospotrebnadzordan bildirilib.
Qurumdan verilən açıqlamada o da qeyd olunub ki, Rusiyada koronavirus infeksiyasının dominant variantı JN.1 xətti olaraq qalır.
tag: Rusiya,Koronavirus,XEC ,COVID-19,JN.1,todaypress.az,