Rusiyada illik inflyasiya azaldı

Dünya

01.05.2025 04:11

26

Rusiyada illik inflyasiya aprelin 22-dən 28-nə kimi  10,35%-dən bir pillə azalaraq 10,34%-ə çatıb.

TodayPress xəbər verir ki, bu barədə Rusiya İqtisadi İnkişaf Nazirliyi açıqlama yayıb.

"2025-ci il aprelin 22-dən 28-dək olan həftə ərzində inflyasiya 0,11% təşkil edib. Qida məhsullarının qiymət artımı 0,18%-ə qədər səngiyib. Hesabat həftəsində meyvə-tərəvəzin qiymətləri sabit qalıb, digər ərzaq məhsulları üzrə dinamika isə 0,2 olub" nazirlikdən bildiriblər.

"Qeyri-ərzaq seqmentində qiymətlər faktiki olaraq dəyişməyib (0,01%). Xidmətlər sektorunda qiymət artımı 0,16% təşkil edib" nazirlik qeyd edib.

Nazirlik əlavə edib ki, illik inflyasiya 10,34% səviyyəsində qeydə alınıb.

Aynur TAC

tag: Rusiya, İnflyasiya, İqtisadiyyat, Qida, todaypress.az,