Rusiyada ilin sonunda yanacağın qiyməti artacaq
Dünya
14.08.2024 22:49
Rusiyada
ilin sonuna qədər yanacağın qiymətlərində artım inflyasiyaya yaxın səviyyədə
olacağı proqnozlaşdırılıb.
TodayPress xəbər verir ki, bu
barədə “RİA” Energetika Nazirliyinə istinadən yazıb.
Məlumata
görə, Rusiyada ilin sonuna qədər
yanacağın qiymətinin artımı istehlak qiymətlərinin artım
tempi ilə müqayisə oluna biləcəyini proqnozlaşdırıb.
“Biz gözləyirik ki, ilin sonunda avtomobil
yanacağının pərakəndə satış qiymətləri yığılmış inflyasiyaya yaxın
səviyyədəolsun” nazirlikdən bildirib.
Energetika Nazirliyi Rusiya bazarının
yanacaqla kifayət qədər təmin olunduğunu, benzin ehtiyatlarının 2 milyon ton,
dizel yanacağının 3,3 milyon ton olduğunu vurğulayıb.
Aytac Müşfiq
tag: Rusiya,Benzin,Yanacaq,İqtisadiyyat,todaypress.az,