Rusiyada hərbi helikopter qəzaya uğradı: Ekipaj üzvləri öldü

Dünya

05.01.2025 09:35

Rusiyanın Voronej vilayətində Mi-28 helikopteri qəzaya uğrayıb. 

TodayPress yerli KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində göyərtədə olan hər iki ekipaj üzvünün öldüyü  bildirilir.

Qeyd olunub ki, qəza yanvarın 1-də baş versə də, təfərrüatlar indi ortaya çıxır. 

Qəzanın cəbhə xəttindən 250 km məsafədə olduğu qeyd olunub.  

Hadisə ilə bağlı araşdırmaya başlanılıb. 


tag: Qəza,Hadisə,Mi-28 ,Rusiya,Todaypress.az,