Rusiyada helikopter qəzaya uğradı, 3 nəfər öldü
Dünya
17.09.2024 11:18
Rusiyanın Amur vilayətində göyərtəsində 3 nəfərin olduğu “Robinson R66” markalı helikopter qəzaya uğrayıb.
TodayPress “TASS”a istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Regional İdarəsi məlumat yayıb.
Axtarışlar nəticəsində helikopterin qəzaya uğradığı yer aşkarlanıb. Göyərtədə olan pilot və iki sərnişin həlak olub.
tag: Rusiya,Amur Vilayəti ,Robinson R66 ,Axtarışlar ,Həlak, todaypress.az,