Rusiyada helikopter qəzaya uğradı
Rusiyanın Kaluqa vilayətində Mi-28 helikopteri qəzaya düşüb.
TodayPress, “TASS”a istinadən xəbər verir ki, bu barədə vilayətin qubernatoru Vladislav Şapşa özünün “Telegram” kanalında məlumat verib.
Rusiya Müdafiə Nazirliyindən verilən məlumata görə, helikopter boş ərazidə qəzaya uğrayıb.
İlkin məlumatlara görə, qəza texniki nasazlıq səbəbindən baş verib. Hazırda hadisə yerində xilasedicilər və əməliyyat qrupu işləyir.
Töhfə Səməd
tag: Rusiya, Kaluqa,Qəza, Helikopter, Şapşa, todaypress.az,