Rusiyada helikopter qəzaya düşdü

Dünya

21.06.2024 11:22

Rusiyanın Amur vilayətində “Robinson R-66” tipli helikopter qəzaya uğrayıb.

TodayPress TASS-a istinadən xəbər verir ki, helikopterin göyərtəsində 4 nəfər ölüb. 

Axtarış-xilasetmə işləri zamanı qəza yerinin artıq təyin edildiyi bildirilir. Hazırda helikopterdə olan şəxslərin vəziyyəti dəqiqləşdirilir.

tag: Rusiya, Helikopter, Qəza, Robinson R-66, Amur, todaypress.az,