Rusiyada helikopter qəzasında 3 nəfər öldü

Dünya

26.10.2024 20:07

Rusiyada göyərtəsində 4 nəfərin olduğu “Mi-2” helikopteri Kirov vilayətində sərt eniş edib.

TodayPress xəbər verir ki, bu barədə “TASS”a Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat verib.

“Mi-2 helikopteri Kirov rayonuna sərt eniş edib, axtarış tədbirləri davam etdirilir.

Hazırda xilasedicilər 3 nəfərin meyitini tapıblar” deyə bildirilib.

tag: Mi-2, Helikopter, Kirov, Rusiya, Meyit, todaypress.az,