Rusiyada həbsxanaya hücum oldu: Ölən və yaralananlar var

Dünya

23.08.2024 16:28

Rusiyanın Volqoqrad vilayətindəki 19 saylı cəzaçəkmə müəssisəsində özlərini İŞİD üzvü kimi təqdim edən bir neçə məhbus penitensiar xidmətin üç əməkdaşını öldürüb, bir neçəsini isə giröv götürüb.

TodayPress xəbər verir ki, bu barədə vilayətin qubernatoru Andrey Boçarov teleqram kanalında məlumat yayıb.

Onun sözlərinə görə, müəssisə əməkdaşlarını öldürən radikallar 2 milyon dollar və helikopter tələb edirlər.

Qeyd edək ki, cəzaçəkmə müəssisəsinin əməkdaşlarını qətlə yetirən məhbusların Rusiya Federasiyasında qadağan olunmuş İŞİD üzvləri olduğu məlum olub. Giröv götürənlər arasında terrorçuluqda təqsirli bilinən bir nəfərin olduğu bildirilir.

Günəş Mərd

tag: Rusiya, Volqoqrad, İŞİD,Cəzaçəkmə Müəssisəsi, Hücum, todaypress.az,