Rusiyada hava hücumundan müdafiə sistemi işə salındı

Dünya

14.10.2024 20:51

Rusiyanın Bryansk vilayəti üzərində hava hücumundan müdafiə sistemi işə salınıb.

 

TodayPress xəbər verir ki, bu barədə Rusiya vilayətinin qubernatoru Aleksandr Boqomaz “Telegram” kanalında məlumat verib .

 

“Əziz həmvətənlər! Hazırda müdafiəçilərimiz Bryansk vilayəti ərazisində "PUA"-dan istifadə etməklə hücum cəhdini dəf edirlər” deyə rəsmi yazıb.

 

Onun sözlərinə görə, hazırda hava hücumundan müdafiə qüvvələri hava hədəflərinin aşkar edilərək məhv edilməsi istiqamətində iş aparır. Rayon rəhbəri həmçinin vətəndaşları lazımi təhlükəsizlik tədbirlərinə əməl etməyə çağırıb.


Aynur TAC

tag: Rusiya, Bryansk, PUA, Aleksandr, todaypress.az,