Rusiyada fövqəladə vəziyyət elan olunacaq

Dünya

14.08.2024 20:38

Rusiyada isti və quraqlığa görə fövqəladə vəziyyət barədə qərar qəbul edilib.

 

TodayPress xəbər verir ki, bu barədə Rusiyanın Kənd Təsərüffatı nazirliyinin mətbuat xidmətindən bildirilib.

 

Məlumatda görə, payızlıq əkinlərin məhv olması və yazlıq bitkilərin tozlanması mərhələsində rütubətin olmaması taxıl bitkisinə təsir edib.

“Ekspertizanın nəticələrinə və bitkilərin tələf olması faktlarının müəyyən edilməsinə əsasən, fövqəladə hallar üzrə xüsusi yaradılmış idarələrarası komissiya bölgədə fövqəladə vəziyyətin tətbiqi barədə qərar qəbul edib”  məlumatda qeyd edilib.

Aytac Müşfiq

tag: Rusiya, Taxıl, Əkin,Fövqəladə vəziyyət,todaypress.az,