Rusiyada ən çox satılan lüks avtomobilin adı açıqlandı

Dünya

16.10.2024 20:45

1228

2024-cü ilin sentyabrında Rusiyada ən çox satılan yeni lüks avtomobil orta ölçülü “Bentley Bentayga” olub.

 

TodayPress bu barədə “Autostat” statistik məlumatlarına istinadən xəbər verir.

 

Məlumata görə, ruslar ümumilikdə sentyabrda 10 belə avtomobil ala biliblər.

 

Lüks avtomobillər arasında satış baxımından ilk 3-lüyə həmçinin “Rolls-Royce Cullinan SUV” (altı ədəd satılıb) və “Lamborghini Urus” krossoveri (beş ədəd satılıb) satılıb.

 

Ümumilikdə 9 ayda ölkədə 407 yeni lüks avtomobil satılıb.  Əldə edilən nəticə 2023-cü ilin yanvar-sentyabr ayları ilə müqayisədə 19 faiz yüksək olub.


Aynur TAC

tag: Rusiya,Avtomobil, Satış, Rolls- Royce,Bentley Bentayga, todaypress.az,