"Rusiyada ən böyük dodaqlar"ın sahibi ölü tapıldı

Dünya

29.10.2024 17:00

Rusiyanın Soçi şəhərində "Rusiyanın ən böyük dodaqları" titulunun sahibi, 35 yaşlı bloqer və model Kristina Reyin (əsl adı Kristina Kojevnikova) meyiti kanalizasiyadan tapılıb.

Bu barədə TodayPress "Shot" "Telegram" kanalına istinadən xəbər verir.

"Bloqer Kristina Rey Soçidə ölü tapılıb. Cəsəd kanalizasiya kollektorunda aşkarlanıb" deyə "Telegram" kanalı bildirir.

Xatırladaq ki, dodaq ölçüsünə görə "Ginnesin Rekordlar Kitabı"nın keçmiş rekordçusu olan Kristina Rey Soçidə yoxa çıxmışdı və ondan xəbər yox idi. Sentyabrın 28-dən o, qohumları və dostları ilə əlaqə saxlamamışdı.

Qeyd edək ki, qız qeyri-adi böyük dodaqları ilə şöhrət qazansa da, sonradan dolğuları çıxarmaq və orijinal görünüşünə qayıtmaq qərarına gəlmişdi.

tag: Rusiya, Soçi, Kristina Rey, Cəsəd, Ölüm, todaypress.az,