Rusiyada doğum səviyyəsi düşdü

Dünya

19.12.2024 16:33

1342

Rusiyada doğum səviyyəsi 1,41 faizə düşüb. 

TodayPress xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin illik mətbuat konfransı zamanı danışıb.  

“Sovet İttifaqında doğum səviyyəsi iki faizə çatmışdı. Bizdə bir neçə il əvvəl müəyyən dövrdə təxminən 1,7 faizə çatmışdı. Təəssüf ki, hazırda bu doğum səviyyəsi 1,41 faizə düşüb. Rusiyada doğum səviyyəsi ən azı 2,1 faiz, əhalinin artımı üçün isə ən azı 2,3 faiz olmalıdır” deyə o bildirib.  

Putin belə bir göstəricini kiçik hesab edib, lakin eyni zamanda digər ölkələrdə - Norveç, Finlandiya və İspaniyada da oxşar vəziyyətin inkişaf etdiyini vurğulayıb. 

Günəş Mərd

tag: Faiz, Əhali, Rusiya, Doğum, todaypress.az,