Rusiyada ciddi miqrant işçi çatışmazlığı yarandı

Dünya

08.10.2024 12:15

1934

Miqrant əməyindən istifadə edən Rusiya şirkətlərinin yarıdan çoxu əcnəbi işçi tapmaqda çətinlik çəkir.

TodayPress xəbər verir ki, bu barədə “Kommersant” qəzeti “hh.ru” və Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqının (RSPP) sorğularına istinadən məlumat yayıb.

Sorğuda iştirak edən şirkətlərin 53 faizi xaricdən cəlb edilmiş əmək resurslarının çatışmazlığından narazıdır, 46 faizi isə miqrantların işə götürülməsinin cari həcmindən bu və ya digər dərəcədə razıdır.

Məqalədə bildirilib ki, Rusiya şirkətlərinin yarıdan çoxunun əsas problemi lazımi mütəxəssislərin olmamasıdır. Şirkətlər işə müraciət edənlərin rus dili imtahanından keçə bilməməsindən şikayətlənirlər.

Bundan əlavə, hakimiyyət xarici işçilərin istifadəsinə məhdudiyyətlər, bəzi hallarda isə tam qadağa qoyub. Təkcə ötən il Rusiyanın əmək bazarında xarici əmək miqrantlarının sayı təxminən 3,5 milyon nəfər təşkil edib ki, bu da 2019-cu illə müqayisədə təxminən 1 milyon nəfər azdır.

tag: Rusiya ,Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqı ,Sorğu,Əmək Bazarı ,Mütəxəssislər ,todaypress.az,