Rusiyada böyük qaz yatağı aşkar edildi
Dünya
26.11.2024 18:49
İrkutsk vilayətində İlginskoye qaz-kondensat yatağı kəşf edilib.
TodayPress xəbər verir ki, bu barədə “İnterfaks” Təbii Sərvətlər Nazirliyinə istinadən məlumat yayıb.
Belə ki, aşkar edilmiş yer iri yataqlar kimi təsnif edilir - onun ehtiyatları 135,4 milyard kubmetr qaz və 4,4 milyon ton kondensatdır.
Töhfə Səməd
tag: Rusiya, Qaz Yatağı, Təbii Sərvətlər Nazirliyi,İrkutsk, todaypress.az,