Rusiyada benzinin qiyməti ilə bağlı danışmağa qadağa qoyuldu
Dünya
21.12.2024 18:25
Ekspertlərə Rusiyada benzinin qiyməti ilə bağlı danışmağa qadağa qoyulub.
TodayPress xəbər verir ki, bu barədə Rusiya Federal Antiinhisar Xidməti (FAS) Milli Avtomobil İttifaqının prezidenti Anton Şaparinə xəbərdarlıq edib.
Ekspertlər hesab edir ki, onun bu fikirləri rəqabət haqqında qanuna ziddir. Həmçinin, onlar benzin qiymətləri ilə bağlı proqnozların verilməsi ilə bağlı xəbərdarlıq alıblar.
Anton Şaparin FAS-a açıq məktubla cavab verib. Milli Avtomobil İttifaqının prezidenti bildirib ki, hökumətin tənzimləməsinin olmaması və yanacağın qiymətlərinin sürətlə artması ilə bağlı sitat hakimiyyətin xoşuna gəlməyib. Şaparin 2025-ci il üçün də proqnoz verib. Onun hesablamalarına görə, gələn il Rusiyada benzinin qiyməti 15 faiz artacaq.
Anton Şaparin qeyd edib ki, 2024-cü ilin 11 ayı ərzində ölkədə inflyasiya 7,8 faiz təşkil edib, benzinin qiyməti 9,35 faiz artıb. Bununla yanaşı, 2025-ci il yanvarın 1-dən benzin və dizel yanacağına aksiz vergisi 14-16% artacaq ki, bu da yanacağın qiymətinin bahalaşmasına səbəb olacaq. İqtisadi İnkişaf Nazirliyinin məlumatına görə, inflyasiyanın səviyyəsi 4,5 faizi keçəcək.
Anton Şaparinin sözlərinə görə, Milli Avtomobil İttifaqı ictimai təşkilatdır və “Rəqabətin müdafiəsi haqqında” qanunun meyarlarına uyğun deyil. Sonuncu dəfə ekspertlər benzinin qiyməti ilə bağlı proqnozu dekabrın əvvəlində vermişdilər.
Töhfə Səməd
tag: Rusiya ,Benzin, Qiymət, Ekspert, Qadağa, todaypress.az,