Rusiyada benzinin ixracına qoyulan məhdudiyyətlər aradan qaldırılacaq?

Dünya

26.09.2024 15:44

“Daxili bazarda əlavə yanacaq olduğu halda Rusiyadan benzin ixracına icazə veriləcək”. 

TodayPress xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksandr Novak deyib.

Rusiya Enerji Həftəsi çərçivəsində hökumət nümayəndəsi ölkədə neft məhsulları bazarının sabit olduğunu bildirib. O, qeyd edib ki, istehlakçılar lazımi həcmdə benzin və dizel yanacağı ilə təmin olunsalar da, xaricə tədarükün bərpasının mümkünlüyü barədə danışmaq hələ tezdir.

“Daxili bazarda neft məhsullarının miqdarı çoxdursa, bu zaman ixraca icazə verilir. Məsələn, bizdə dizel yanacağının ixracına qadağa yoxdur, çünki ondan həddindən çox varımızdır. Buna görə də, həm daxili, həm də xarici bazara satılır. Benzinə gəlincə, ilk növbədə ortaya sual qoymalıyıq ki, ixrac niyə indi bağlanıb? Cavab isə çox sadədir. Bizim üçün əsas məsələ daxili bazarı təmin etməkdir” deyə o, izah edib.

Töhfə Səməd

tag: Rusiya ,Benzin ,Qaz, İxrac, Dünya ,todaypress.az,