Rusiyada baş verən ağır yol qəzasında 5 nəfər öldü
Dünya
18.07.2024 21:00
Rusiyanın Kalmıkiya
Respublikasında avtomobillə “Kamaz”ın toqquşması və alov alması nəticəsində
biri uşaq olmaqla beş nəfər ölüb.
TodayPress xəbər verir
ki, bu barədə Daxili İşlər Nazirliyinin region üzrə Baş İdarəsinin mətbuat xidməti
məlumat yayıb.
“İki avtomobilin – “Mercedes”
markalı minik avtomobili ilə “Kamaz” markalı yük maşınının toqquşması sonucunda
nəqliyyat vasitələri yanıb. Qəza nəticəsində “Mercedes”in sürücüsü və dörd sərnişini,
o cümlədən ilkin olaraq biri uşaq olmaqla aldığı xəsarətlərdən hadisə yerində
keçinib”, – məlumatda qeyd olunub.
Faktla bağlı araşdırma
aparılır.
tag: Rusiya, Qəza, Mercedes, Kamaz, todaypress.az,