Rusiyada ana dörd uşağı ilə birlikdə yanaraq öldü
Dünya
17.11.2024 08:56
Rusiyanın Novosibirsk vilayətində baş verən yanğın
nəticəsində beş nəfər ölüb.
TodayPress xəbər verir
ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat
yayıb.
Qeyd olunub ki, hadisə Kupinski rayonunun Novoselye
kəndində çoxuşaqlı ailənin yaşadığı fərdi evdə baş verib.
Yanan evdən ata, 12 və 14 yaşlı uşaqları çıxa
biliblər: “Evdə bir ana və dörd uşaq qalıb. Təəssüf ki, onların hamısı ölüb”
deyə mətbuat xidmətindən bildirilib.
tag: Rusiya, Ölüm, Hadisə,Novosipirsk, todaypress.az,