Rusiyada ağır yol qəzası baş verdi
Dünya
20.07.2024 20:34
Rusiyanın Krasnodar şəhərində
Rostov şossesinin 13-cü km-də “Kamaz” da daxil olmaqla altı avtomobilin
iştirakı ilə ağır yol qəzası baş verib.
TodayPress “TASS”a istinadən xəbər
verir ki, hadisə nəticəsində üç nəfər ölüb, ikisi yeniyetmə olmaqla üç nəfər
yaralanıb. Müəyyən edilib ki, “Kamaz”ın sürücüsü iki avtomobillə toqquşub, daha
sonra isə digər avtomobillərə çırpılıb.
Qəza nəticəsində avtomobillərdən
birinin sürücüsü xəsarət alıb, onunla birlikdə olan iki sərnişin ölüb. Digər
avtomobilin sürücüsü də dünyasını dəyişib.
Hadisə yerindən 14 və 10 yaşlı iki azyaşlı sərnişin tibb müəssisələrinə aparılıb, onlara lazımi köməklik göstərilir. Baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılıb.
tag: Rusiya, Qəza, Krasnodar, Rostov, todaypress.az,