Rusiyada açıq havada kütləvi tədbirlər qadağan edildi

Dünya

23.08.2024 23:14

Rusiyanın Rostov vilayətində açıq havada kütləvi tədbirlərin keçirilməsinə müvəqqəti qadağa tətbiq edilib.

 

TodayPress xəbər veriri ki, bu barədə Rusiya vilayətinin qubernatoru Vasili Qolubev “Telegram” kanalında paylaşıb.

 

Bildirilib ki, eyni zamanda, qapalı ərazilərdə planlaşdırılan tədbirlərin mümkün olduğunu, lakin bütün təhlükəsizlik tədbirləri ilə təmin edilməli olduğunu vurğulayıb

 

Qeyd edək ki, Rostov vilayətində neft anbarı altı gündür yanır.

 

Aynur TAC

tag: Rusiya,Ukrayna, Vasili Qolubev, Rostov,todaypress.az,