Rusiyada abortla bağlı qaydalar sərtləşdirilir

Dünya

26.11.2024 14:20

Rusiyanın Kurqan bölgəsində hamilə qadının süni şəkildə hamiləliyin dayandırılmasına sövq edilməsinə görə cərimə şəklində inzibati məsuliyyət nəzərdə tutulub.

TodayPress yerli KİV-ə istinadən xəbər verir ki, ruslar üçün cərimənin məbləği 5-10 min rubl, əcnəbilər üçün 10-20 min rubl, vəzifəli şəxslər üçün 25-50 min rubl, hüquqi şəxslər üçün 100-200 min rubl olacaq.

Qeyd olunub ki, abort təklifini irəli sürmək, buna görə rüşvət vermək və ya tələb irəli sürmək aborta sövq sayılacaq.

Məlumat üçün bildirək ki, Rusiya hakimiyyəti hazırda demoqrafik problemlərin artmasından narahatdır. Belə ki, Rusiyanın bəzi regionlarında yerli hakimiyyət orqanları “aborta sövq etməyi qadağan edən” qanun qəbul edir və qadınları fertilitelik testindən keçməyə dəvət edir. Klinikalar hətta tibbi göstərişlər olsa belə, abortdan imtina edirlər. 

Günəş Mərd

tag: Rusiya, Abort, Hakimiyyət, Qanun, Regionlar, todaypress.az,