Rusiyada 50-dən çox Ukrayna PUA-sı vuruldu

Dünya

25.12.2024 09:37

Dekabrın 25-də Ukrayna Silahlı Qüvvələri Rusiya ərazisinə 50-dən çox pilotsuz uçuş aparatı (PUA) buraxıb. 

TodayPress xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi özünün “Telegram” kanalında məlumat yayıb.

Hava hücumundan müdafiə sistemləri ən çox Belqorod vilayəti üzərində - 26 PUA ələ keçirib. Daha 23-ü Voronej, 3-ü Kursk, Bryansk və Tambov vilayətləri üzərində, digər biri isə Azov dənizi üzərində vurulub.

Nazirlik Rusiya ərazisinə hücum edən PUA-ların növünü açıqlamayıb.

Töhfə Səməd

tag: Rusiya, Ukrayna, PUA, Belqorod ,todaypress.az,