Rusiyada 2 aeroportun fəaliyyəti dayandırıldı
Dünya
27.07.2024 12:26
Ukraynanın PUA hücumu ilə əlaqədar Rusiyanın iki şəhərində hava limanlarının fəaliyyəti müvəqqəti dayandırılıb.
TodayPress, “Lenta.ru”ya istinadən xəbər verir ki, bu barədə Federal Hava Nəqliyyatı Agentliyinin nümayəndəsi Artem Korenyako məlumat yayıb.
Məhdudiyyətlər Kazan və Nijnekamsk bölgələrində tətbiq edilib. Məlumata görə, hava limanlarına təyyarələrin gəliş-gedişi məhdudlaşdırılıb. Kazana gedən təyyarələr Samara və Ulyanovska yönləndirilib.
"Təyyarə ekipajları, hava dispetçerləri və hava limanının xidmətləri uçuşların təhlükəsizliyini təmin etmək üçün bütün lazımi tədbirləri görür - bu, əsas prioritetdir" deyə Korenyako vurğulayıb.
Bundan əvvəl, Müdafiə Nazirliyi Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparatların (PUA) Rusiyanın 3 bölgəsinə hücum etmək istəyərkən vurulduğunu bildirib. Növbətçi hava hücumundan müdafiə sistemlərinin Belqorod, Ryazan və Saratov vilayətləri üzərində üç PUA-nı məhv etdiyi bildirilib.
Töhfə Səməd
tag: Rusiya, Aeroport, Kazan, Nijnekamsk, Samara, Ulyanovska, todaypress.az,