Rusiyada 1984-cü ildən bəri ilk dəfə Olimpiya Oyunları yayımlanmayacaq

Dünya

13.07.2024 20:30

Bu il keçiriləcək Yay Olimpiya Oyunları ilk dəfə olaraq 40 ildən sonra Rusiyada yayımlanmayacaq.

TodayPress xəbər verir ki, sonuncu dəfə SSRİ 1984-cü ildə Los-Ancelesdə keçirilən oyunları boykot etdiyi zaman Rusiyada Olimpiya Oyunları göstərilməmişdi.

Qeyd edək ki, bu il Yay Olimpiya Oyunları Fransada keçiriləcək.

tag: todaypress.az, Rusiya, 1984,Olimpiya oyunları, SSRİ,