Rusiyada 110 terror aktının qarşısı alındı
Rusiyanın hüquq-mühafizə orqanları bu
ilin əvvəlindən ölkədə 110 terror aktının qarşısını alıb.
TodayPress, “TASS”a istinadən xəbər
verir ki, bu barədə Milli Antiterror Komitəsinin sədri, Federal Təhlükəsizlik
Xidmətinin (FTX) direktoru Aleksandr Bortnikov bildirib.
“İlin əvvəlindən
110 terror aktının qarşısı alınıb. Terror cinayətlərinin hazırlanması və törədilməsi,
terrorizmə haqq qazandırılması və təbliği, terrorçuların maliyyələşdirilməsi və
yardım edilməsi ittihamı ilə 1050-dən çox şəxs saxlanılıb” deyə o qeyd edib.
tag: Rusiya, FTX, Terror aktı, Əməliyyat, todaypress.az,