Rusiya Zaporojye və Xersona hücuma hazırlaşır

Dünya

23.12.2024 15:10

“Rusiya Zaporojye və Xersona hücum etməklə bağlı qərar verib”.

TodayPress-in məlumatına görə, bu barədə “RBC-Ukraine” naməlum mənbələrə istinadən xəbər yayıb.

Yazıda qeyd edilir ki, rəsmi Moskva hər iki istiqamətdə hərbi aktivliyi artırmaqla bağlı qərar qəbul edib. Müəllif analoji aktivliyin noyabrın sonlarında da müşahidə edildiyi, lakin bu cəhdlərin qarşısının alındığını açıqlayıb.

Onun sözlərinə görə, 4000 nəfərin iştirakı planlaşdırılan hərbi əməliyyata Rusiyanın Hava-Desant Qoşunlarının komandanı, general-polkovnik Mixail Teplinski rəhbərlik edəcək.

tag: Rusiya ,Zaporojye,Xerson,Bomba , todaypress.az,