Rusiya Zaporojye infrastrukturuna zərbələr endirdi

Dünya

19.11.2024 22:48

Rusiya Silahlı Qüvvələri Kiyevin nəzarətində olan Zaporojye şəhərində enerji infrastrukturuna pilotsuz uçan aparatlardan zərbələr endirib, 16 min insan işıqsız qalıb.

TodayPress xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.

"Təxminən 10 pilotsuz təyyarəmiz birbaşa Zaporojye şəhərinin enerji infrastrukturu obyektlərinə zərbələr endirib. Nəticədə hazırda 16 min istehlakçı elektriksiz qalıb ki, onların da maksimum sayı 18 mindir" məlumatda qeyd olunub.

Aynur TAC

tag: Təyyarə, Pilotsuz Aparat, Zaporoje, Ukrayna, Rusiya, Elektrik, todaypress.az,