Rusiya Yunanıstanla əməkdaşlığa hazır olduğunu açıqladı

Dünya

30.12.2024 09:28

“Rusiya BMT Təhlükəsizlik Şurasında Yunanıstanla konstruktiv əməkdaşlığa hazırdır”. 

TodayPress xəbər verir ki, bunu Rusiyanın Yunanıstandakı səfiri Andrey Maslov “RİA”ya bildirib.

Onun sözlərinə görə, Moskva gözləyir ki, Afina BMT Təhlükəsizlik Şurasında beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasının ümumi maraqlarını prioritetləşdirəcək. 

“Ölkəmiz belə əsasda konstruktiv əməkdaşlığa hazırdır” Maslov qeyd edib.

Həmin müsahibədə diplomat bildirib ki, Yunanıstan Rusiyadan turist axınının azalması səbəbindən ildə 1 milyard avro itirir. Eyni zamanda, bir çox yerli sənaye sahələri, o cümlədən xəz istehsalı mənfəət itirir.

Töhfə Səməd

tag: Rusiya,BMT,Təhlükəsizlik Şurası,Yunanıstan,Andrey Maslov,Afina ,todaypress.az,