Rusiya XİN: "Xankəndi Azərbaycan ərazisidir"
"Xankəndi Azərbaycan ərazisidir"
TodayPress xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər
Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə
bildirib.
Erməni jurnalistin guya Azərbaycanın Xankəndində kütləvi
şəkildə yaşayış binalarını, XIX əsrin sonu, XX əsrin əvvəllərinə aid yaşayış
kvartallarını sökməsi ilə bağlı təxribatçı sualına Rusiya XİN sözçüsü belə
cavab verib.
“Anladığım qədər burada söhbət Azərbaycan ərazilərindən gedir. Orada bu ölkənin qanunları işləyir. Bu, birincisi. İkincisi isə, əgər burada söhbət mədəni abidələrdən gedirsə, bununla məşğul olan beynəlxalq təşkilatlar var, onlara müraciət edilə bilər...UNESCO var. Ölkələrlə müxtəlif istiqamətlərdə əməkdaşlıq edir. Bu sual dəqiq bizə ünvanlanmamalıdır” deyə Zaxarova vurğulayıb.
tag: Azərbaycan, UNESCO, Zaxarova,XİN, Rusiya, todaypress.az,