Rusiya XİN Trampın sülh planını şərh etdi
Dünya
05.09.2024 09:06
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ABŞ-nin keçmiş prezidenti və dövlət başçısı postuna namizəd Donald Trampın Ukraynadakı münaqişənin həlli planını şərh edib.
TodayPress Rusiya KİV-ə istinadən xəbər verir ki, o, prezident seçkilərində müəyyən bir namizədin qələbəsindən sonra bu mövzuda bəyanatları dəyərləndirmək lazım olduğunu bildirib.
“Siz sadəcə başa düşməlisiniz ki, indi biz seçkiqabağı debatları izləyirik. Bu və ya digər namizəd qalib gəldikdən və indi elan olunanları həyata keçirməyə başlayandan sonra Birləşmiş Ştatlarda deyiləcək hər şeyi qiymətləndirmək lazım gələcək” deyə qeyd edib.
Xatırladaq ki, Tramp Ukraynada sülhün əldə olunması ilə bağlı planının olduğunu desə də, onun təfərrüatlarını açıqlamaqdan imtina edib.
Siyasətçinin sözlərinə görə, onun Ukrayna və Rusiyanı necə dayandıracağı ilə bağlı çox dəqiq planı var.
Günəş Mərd
tag: Rusiya, XİN, Tramp, Ukrayna, Siyasət ,todaypress.az,