Rusiya XİN: Qərb Cənubi Qafqazda məqsədlərinə nail olmaq üçün köhnə münaqişələri aktivləşdirməyə hazırdır
Qərb
Cənubi Qafqazda məqsədlərinə nail olmaq üçün köhnə münaqişələri aktivləşdirməyə
hazırdır.
TodayPress xəbər verir ki, bunu Rusiya
Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi
brifinqdə “Gürcü Arzusu” partiyasının fəxri sədri Bdzina İvanaşvilinin “Qərb
Gürcüstandan Rusiya qarşı müharibəyə başlamağı təklif edib” bəyanatına
münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Qərb Cənubi
Qafqazda bir neçə məqsəd güdür.
“Lakin bu bir neçə pazldan ibarət vahid məqsəddir. Birinci məqsəd Qərb hegemonluğunu qoruyub saxlamaq, prosesləri idarə etmək imkanı əldə etməkdir. İkinci məqsəd Rusiyanı strateji məğlubiyyətə uğratmaq, resurslara nəzarət etmək, öz maraqları naminə vəziyyəti manipulyasiya etmək və əlbəttə ki, regionda vəziyyəti sonsuz destabilləşdirməkdir. Bunun üçün onlar hər şeyi etməyə, yeni müharibələr yaratmağa, köhnə münaqişələri aktivləşdirməyə hazırdırlar. Ona görə də, məncə, bunlar Qərbin həqiqi məqsədlərinin göstərmək üçün yaxşı sübutlardır. Bütün bunlar ABŞ və Avropa İttifaqı ilə oyun oynamağa cəhd edənlərə dərs olmalıdır. Anlamaq lazımdır ki, Vaşinqtonun, Londonun və Aİ-nin vədlərinə inanmağın axırı necə olur” Zaxarova qeyd edib.
tag: Zaxarova, XİN, Rusiya, Qərb, ABŞ, todaypress.az,