Rusiya XİN polşalı diplomatları qovmaqla hədələdi
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Rusiyanın Poznandakı konsulluğunun bağlanmasını şərh edərək, Rusiyadakı polşalı diplomatları ölkəni tərk etməyə çağırıb.
TodayPress xəbər verir ki, o, bu barədə “RİA” ilə söhbətində bildirib.
“Polşa diplomatlar, hazırlaşın. Yerinizi bilmək vaxtıdır” deyə Zaxarova vurğulayıb.
Qeyd edək ki, bundan əvvəl Polşa Xarici İşlər Nazirliyinin sözçüsü Pavel Vronski bildirmişdi ki, qurumun bağlanması nəticəsində Rusiyanın Poznandakı Baş Konsulluğunun on əməkdaşı Polşanı tərk etməlidir.
Günəş Mərd
tag: Rusiya, XİN, Polşa, Zaxarova, Diplomat, todaypress.az,