Rusiya XİN: “Moskva Ukrayna ilə görüş keçirməyib”
Dünya
21.09.2024 18:10
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ukrayna ilə bağlı ikinci “sülh sammiti”nə hazırlıq çərçivəsində Ukrayna və Rusiya tərəfləri arasında onlayn görüşlərin keçirilməsi ilə bağlı məlumatları təkzib edib.
TodayPress xəbər verir ki, bu barədə “REN TV” məlumat yayıb.
Diplomat bu məlumatı saxtakarlıq adlandırıb.
O, Rusiyanın belə görüşlərdə iştirak etməyəcəyini bildirib.
“Moskva Ukrayna münaqişəsinin siyasi və diplomatik həllindən əl çəkmir və həqiqətən ciddi təklifləri müzakirə etməyə hazırdır” Zaxarova qeyd edib.
Xatırladaq ki, sözügedən məlumatı “İnterfaks-Ukrayna” agentliyi yaymışdı.
Günəş Mərd
tag: Rusiya, XİN, Mariya Zaxarova ,Sammit , Ukrayna, todaypress.az,