Rusiya XİN İsrailə çağırış etdi
Dünya
01.10.2024 16:30
“Rusiya İsrailin Livana hücumunu pisləyir və Təl-Əvivi dərhal hərbi əməliyyatları dayandırmağa çağırır”.
TodayPress “TASS”a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.
Qeyd olunub ki, Rusiya Federasiyası həmçinin, İsraili qoşunlarını Livan ərazisindən çıxarmağa və münaqişənin sülh yolu ilə həlli yollarını axtarmağa çağırır.
“Hizbullah” liderlərinin ölüdürülməsi Yaxın Şərq regionunda zorakılığın daha da artmasına səbəb olacaq” deyə Rusiya XİN-in bəyanatında vurğulanıb.
Günəş Mərd
tag: Rusiya ,İsrail,Livan,Təl-Əviv,XİN,todaypress.az,