Rusiya XİN Durovun saxlanmasına münasibət bildirdi

Dünya

25.08.2024 12:33

Rusiyanın Fransadakı səfirliyi “Telegram”ın təsisçisi Pavel Durovun saxlanması ilə bağlı vəziyyəti araşdırmağa başlayıb. 

TodayPress Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən bildirilib.

“Durovun saxlanması ilə bağlı məlumatla əlaqədar olaraq, Rusiyanın Fransadakı səfirliyi yaranmış vəziyyəti aydınlaşdırmaq üçün lazımi addımlar atıb” deyə Rusiya XİN-dən qeyd olunub.   


Günəş Mərd 

tag: Rusiya XİN,teleqram,Fransa,səfirlik,Durov,todaypress.az,