Rusiya XİN Bakı və İrəvana çağırış etdi
Dünya
21.08.2024 18:05
Rusiya XİN Vladimir Putin Bakıda dövlət səfərində olan gün Ermənistanın Naxçıvan istiqamətində atəşkəsi pozmasına münasibət bildirib.
TodayPress xəbər verir ki, Rusiya XİN rəsmi nümayəndəsi Mariya Zaxarova qeyd edib ki, Rusiya və Azərbaycan prezidentləri Bakı və İrəvanın barışması məsələsini ətraflı müzakirə ediblər:
“Prezidentlər birgə mətbuat konfransında bu məsələnin üzərində ətraflı dayanıblar. Bizim bu trekdə bütün səylərimiz Bakı və İrəvanla strateji münasibətlərimizin ruhuna cavab verir. O ki qaldı, Ermənistan-Azərbaycan sərhədində gərginliyin mümkün artmasına, biz İrəvan və Bakını müntəzəm olaraq təmkinli olmağa, vəziyyəti gərginləşdirəcək addımlardan çəkinməyə, bütün mübahisəli məsələləri istisnasız olaraq sülh, siyasi və diplomatik yolla həll etməyə çağırırıq”.
tag: Rusiya, Ermənistan, Azərbaycan,XİN,Bakı, todaypress.az,