Rusiya XİN ATƏT-də böhran elan etdi
Dünya
11.10.2024 09:46
Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) ilkin vəzifələrindən uzaqlaşdığı üçün böhran içindədir.
TodayPress "RİA"ya istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin Ümumavropa əməkdaşlıq departamentinin direktoru vəzifəsini icra edən İqor Kapırin bildirib.
Onun fikrincə, hazırda Avropada əməkdaşlıq və təhlükəsizlik yoxdur və hər ikisinin çatışmazlığını müzakirə etmək imkanı da yoxdur.
"Buna baxmayaraq, Rusiya ATƏT platformasında tərəfdaşları və müttəfiqləri ilə fəal şəkildə qarşılıqlı fəaliyyət göstərir" deyə diplomat yekunlaşdırıb.
Günəş Mərd
tag: ATƏT,Rusiya ,XİN,Ümumavropa,Avropa,todaypress.az,