Rusiya XİN ABŞ-yə yeni səfir göndərilməsini təkzib etdi
Dünya
26.12.2024 12:58
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Rusiyanın ABŞ-dəkı diplomatik missiyasının rəhbəri vəzifəsinə əsas namizəd kimi qiymətləndirilən Aleksandr Darçiyev Vaşinqtona uçması ilə bağlı yayılan məlumatları saxta adlandırıb.
TodayPress xəbər verir ki, o, bu barədə “TASS”a müsahibəsində bildirib.
Diplomat vurğulayıb ki, KİV-in Rusiyanın ABŞ-dəki yeni səfiri adlandırmağa başladığı Aleksandr Darçiyev Şimali Amerika departamentinin direktoru vəzifəsini davam etdirir və Moskvada iş başındadır.
"Saxta xəbərlərə inanmayın" deyə Zaxarova vurğulayıb.
Qeyd edək ki, noyabrın sonunda Rusiya mətbuatında Darçiyevin Rusiyanın ABŞ-dəki yeni səfiri ola biləcəyi ilə bağlı məlumat yayılıb. Bildirilib ki, o, bu vəzifədə Moskvaya qayıdan Anatoli Antonovu əvəz edə bilər.
Günəş Mərd
tag: Rusiya ,ABŞ, Zaxarova ,XİN, todaypress.az,