Rusiya XİN: “3+3”-ü tam hüquqlu təşkilata çevirməyə çalışırıq”

Dünya

29.11.2024 16:55

“Bütün region ölkələrinin maraqlarının uzlaşdırılmasında “3+3” regional əməkdaşlıq platformasına mühüm yer veririk”. 

TodayPress xəbər verir ki, Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bunu noyabrın 29-da Moskvada keçirilən 2-ci “Rusiya-Ermənistan” ictimai forumunda deyib.  

“Biz onu Cənubi Qafqazda tam hüquqlu əməkdaşlıq təşkilatına çevirmək üçün çalışırıq. Bu cür platforma hər zamankindən daha çox aktualdır” deyə nazir müavini əlavə edib.

Günəş Mərd

tag: Rusiya,Regional,Nazir,Cənubi Qafqaz,todaypress.az,